- Köhnə - Kriminal
- 7 Dekabr 2013 12:16
- 1 499
18 yaşlı Sumqayıt sakini qətlə yetirildi

AzNews.az-a Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə dünən axşam baş verib. Bıçaqlanma Sumqayıt şəhəri 47-ci məhəllənin ərazisində olub. Nəticədə şəhər sakini 18 yaşlı Məmmədsaleh Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada keçinib.
Prokurorluqdan aldığımız məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.
Prokurorluqdan o da bildirilib ki, artıq saxlanılan da var.
Belə ki, Ruslan Rafael oğlu Quliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam edir.
Ruhiyyə
AzNews.az