Aktyor Şaya Labaf qeyri-adi art-layihə təqdim edib. Layihə 4 il, yəni Trampın hakimiyyətdə olduğu müddətdə davam edəcək. Aktyor Şaya Labaf qeyri-adi art-layihə təqdim edib. Layihə 4 il, yəni Trampın hakimiyyətdə olduğu müddətdə davam edəcək.

Məşhur aktyordan Trampa ağlagəlməz etiraz - Bizi ayıra bilməz - Video

Aktyor Şaya Labaf qeyri-adi art-layihə təqdim edib. Layihə 4 il, yəni Trampın hakimiyyətdə olduğu müddətdə davam edəcək.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, filmlərdə canlandırdığı qalmaqallı obrazları ilə gündəmə gələn Şaya Labaf Trampa qarşı etirazın qeyri-adi üsulunu tapıb.

Aktyor interaktiv art-layihə hazırlayıb. Layihənin adı isə belədi: He Will Not Divide Us (O, bizi ayıra bilməyəcək)

Art-instalyasiya Nyu-Yorkda müasir incəsənət muzeyinin qarşısına yerləşdirilib. He Will Not Divide Us yazısının altına kamera yerləşdirilib. Etirazda iştirak etmək istəyənlər kameranın önünə keçərək bu sözləri təkrarlamalıdır. Podkast Live (canlı) rejimində hewillnotdivide.us saytında yayımlanır.

Labafın sözlərinə görə, layihə Trampa qarşı çıxanlar üçün simvola çevriləcək. Aksiyanın ilk iştirakçısı isə Uill Smitin 18 yaşlı oğlu Ceyden Smit olub.