Xalq artisti Əbdül Mahmudbəyov erməni yazıçının Elnarə Abdullayeva haqda kitab yazmasından danışıb. Xalq artisti Əbdül Mahmudbəyov erməni yazıçının Elnarə Abdullayeva haqda kitab yazmasından danışıb.

“Elnarənin eşqdən, məhəbbətdən başı çıxmır” - Şeyx Əbdül qalmaqallı olaydan danışdı

Xalq artisti Əbdül Mahmudbəyov erməni yazıçının Elnarə Abdullayeva haqda kitab yazmasından danışıb.

Rejissor AzNews.az-a açıqlamasında bunu Elnarə Abdullayevanın ünvanına hazırlanmış növbəti təxribat adlandırıb:

“Elnarə mənim əlimdə böyüyən uşaqdı, elçiliyin də mən etmişəm, toyunu da. Mən ona dedim ki, səni gözə gətirərlər, ehtiyatlı ol, adına min söz qoşarlar. Kaş Azərbaycanda Elnarə kimi iki şərəfli, istedadlı, milli ruhlu, vətənpərvər müğənni olaydı.

Hamısı cəfəngiyyat və təşkil olunmuş şeylərdir. Elnarə qəlbi açıq və dilini dinc qoymayan xanəndədir. Onun eşqdən, məhəbbətdən başı çıxmır. O vaxt onu ərə verəndə dedi ki, “neynirəm ey əri, gedəcəm, mənə problem yaradacaq. Azad sənətimlə yaşayıram da”.

Onu deyənlərə ar olsun. Elnarənin bir nömrəli sənəti və bu yolda zəhməti var. Onu sevməyən az adam olar. Ömründə bir dəfə kiminsə arxasınca danışmayıb. Onun arxasınca danışanlara, pis söz deyənlərə “Allah onları ağıla gətirsin” deyir. İndi dünən yumurtadan çıxan, sinəsi, qarnı açıq olanlar ortaya çıxıb. Nə ritimləri var, nə də səsləri. Guya oxuyan olublar. Bütün günü də televiziyalarda at oynadırlar. Hansı ermənidən söhbət gedə bilər? Ermənilər 25 ildir Azərbaycandan gediblər. Elnarənin də 30 yaşı var. Bu kimdirsə, Elnarəni gözü götürməyənlərdir. Onların özü erməni ilə əlaqəlidir. Bütün dünya bilir ki, erməninin nəyi varsa, Azərbaycana məxsusdur. Gedib güzgüdə özlərinə baxsınlar. Daş atmağın bir daş yığmaq vaxtı da var. Hərə birinin qoltuğunda özü üçün karyera qurur, biri əmisinin, biri “dayı”sının, biri sevgilisinin sayəsində "irəli gedir". Bir-birinin arxasınca danışmaqla gündəmdə qalırlar. Hamı qeybət edənlərə nifrət edir. Elnarənin isə nəyi varsa, üzdədir”.

Qeyd edək ki, erməni yazıçı Lyubik Çibuxçyan əməkdar artist Elnarə Abdullayeva haqqında kitab yazıb. Bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az