Nəcibə Abbasovanın filmi “Çingiz Aytmatov” mükafatına layiq görülüb Nəcibə Abbasovanın filmi “Çingiz Aytmatov” mükafatına layiq görülüb

Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat aldı

Nəcibə Abbasovanın filmi “Çingiz Aytmatov” mükafatına layiq görülüb

Türkiyədə keçirilən “Türk Dünyası Bəlgəsəl Film Festivalı və Yarışması”nda bu ölkədə yaşayan soydaşımız Nəcibə Abbasovanın “İki dil, bir harmoni” filmi “Çingiz Aytmatov Fəxri mükafatı”na layiq görülüb.

Film Azərbaycanın xalq artisti Cahangır Novruzovun yaradıcılığından bəhs edir.

AzNews.az xəbər verir ki, festival Türk Dünyası Qəzetçilər Federasiyası, Türkiyə Mədəniyyət Nazirliyinin Baş Kino Müdirliyi təşkilatçılığı və 11 universitetin dəstəyi ilə keçirilib. Festivalda 8 ölkədən 140 film nümayiş etdirilib.

Qeyd edək ki, Çingiz Aytmatov mükafatı bu il yazıçının 90 illik yubileyi ilə əlaqədar olaraq təsis olunub və mükafatı qaliblərə yazıçının oğlu Əskər Aytmatov təqdim edib.

AzNews.az