Vüqar Əhməd: “Bu kişi qocaldıqca...” Vüqar Əhməd: “Bu kişi qocaldıqca...”

“Habil Əliyevdən belə addım gözləməzdim”

Vüqar Əhməd: “Bu kişi qocaldıqca...”



Nəğməkar şair Vüqar Əhmədin AzNews.az-a müsahibəsi

- Telekanallarda Vüqar Əhməd yaradıcılığına qarşı sanki kampaniya aparılır...

- Bu kampaniya ilk öncə İctimai kanalda başlayıb. Muğam ifaçısı İlkin Əhmədov "Yeni gün" verilişində qonaq idi. O, mənim "Azərbaycan" adlı mahnımı ifa etdi. Həmin verilişə İlkin Əhmədovdan başqa xalq artisti Əlibaba Məmmədovla, tarzən Zamiq də dəvət olunmuşdu. Başladılar bunu tərifləməyə, "Zamiq sən bunu necə də gözəl bəstələmisən, musiqisinə söz ola bilməz. Sözləri də əladır". Orada bir ifadə işlətmişəm. Demişəm ki, türk savaşda heç vaxt uduzmaz, belə bir söz. İlkinlə Bəyimxanım bunu bütün dövlət tədbirlərində oxuyur. Bunu eşitdim əsəbimdən bilmədim ki, nə edəm. İctimai kanalla da mənim aram yoxdur. Məcbur olub kanalın sədr müavini Çingiz müəllimə zəng etdim. Dedim ki, Çingiz müəllim niyə müəllif hüquqlarını qorumursunuz? Bayaqdan tərif-tərif ardınca. Hələ Əlibaba Məmmədova bax, ağzından tərif düşmür. Utanmır? Əlibaba müəllim ağsaqqal adamdır, heç bu onun saçına yaraşır? Zamiq söz yazır? Bu sənətkara, söz adamına hörmətsizlik deyilmi? Zamiq nə vaxtdan söz yazan olub?

- Əlibaba Məmmədov nə deyirdi?

- "Əla, əla... Zamiq nə gözəl sözlər yazıbsan. Ondan yoxdur, filan..." Başa düşə bilmirəm, Zamiq nə vaxtdan şair oldu? Tez aparıcı Saleh düzəliş verdi. Dedi ki, "səhərdən bəri biz Zamiqi tərifləyirik, demə bu mahnının sözləri Vüqar Əhmədin imiş. Vüqar müəllimdən üzr istəyirik"... Bu dəfə də mənə belə həqarəti xalq artisti, kaman ifaçısı Habil Əliyev elədi.

- Kaman ifaçısı Habil Əliyevin sizinlə nə işi?

- Heç nə. Elə onu deyən lazımdır. Manaf Ağayev canlı yayımda oxuyurdu. Birdən Habil Əliyev canlı yayımda telefon xəttində peyda oldu. Dedi ki, "mən bu günə kimi bilməmişəm ki, Manaf Ağayev belə gözəl oxuyur. Sən necə də gözəl muğam oxuyursan. İndi mən rahat ölə bilərəm". Mən Habil Əliyevin belə addım atmasını gözləməzdim.

- Nəyə görə?

- Habil Əliyevin Manafa belə qiymət verdiyini birinci dəfədir ki, görürəm. Görünür, qocalıq öz sözünü deyir. Axır vaxtlar söyləyir ki, Ehtiramla Babəkə çata bilməz. Bu sözlərin müəllifi indi efirdə deyir ki, "axır ki, mən bir xanəndə eşitdim. Dəhşətdir, Azərbaycanda qulaq asmağa xanəndə tapa bilmirdim". Xalq artisti Arif Babayevi də "vurdu", onu xanəndə hesab etmədi.

- Bəlkə Manaf Ağayev toy müğənnisi olduğuna görə, onu lağa qoyurmuş?

- Yox. Heç bir ələ salmaq yox idi. Çox ciddi şəkildə bəyanat verdi.

- Bəs Manaf nə dedi?

- Manaf Habil Əliyevin qarşısında baş əydi. Dedi ki, "bundan sonra mənim müğənni kimi qorxum yoxdur. Çünki Manaf Ağayev sənətinə Habil Əliyev qiymət verdi. Habilin 87 yaşı var, qocalıb. Alim Qasımov kimi bir sənətkarı o saymır. 30 ildir ki, durmadan Alimin ardınca, qarasınca danışır ki, Alim sənətkar deyil. Alim "Qpemer" mükafatı alır, o, Azərbaycan neftindən də çox şöhrət gətirib. Ay Habil müəllim, siz Alim Qasımovu saymırsız, amma Manaf Ağayevə deyirsən ki, "axır ki, bir xanəndəni kəşf etdim. Gör, necə illərdir ki, qulaq asmağa bir xanəndəmiz yoxdur. Hamısı da xanəndə paltarı geyinir, yuxarıdan gedir, üstəlik bu sənətə hörmətsizlik gətirir". Ayıbdır.

Bahar Rüstəmli
AzNews.az