- Köhnə - Mədəniyyət
- 23 Avqust 2012 14:38
- 5 391
Daha 9 nəfər Rüstəm İbrahimbəyovdan üz döndərdi

1. Fuad Vəlixanov – Əməkdar İncəsənət Xadimi
2. Zemfira Sadıqova – Əməkdar Artist
3. Adil Abbasov - Əməkdar Mədəniyyət İşçisi
4. Əlisəftər Hüseynov - Kinoşünas
5. Miri Rzayev - rejissor
6. Mətləb Yaqubov – operator
7. Nazim Yüzbaşov - rejissor
8. Nadir Əzməmmədov – prodüser
9. Akif Əliyev – icraçı prodüser
Kinematoqrafçılar İttifaqının təşkilat rəhbəri Əsəd Əsədov AzNwes.az-a açıqlamasında bu hadisədən təəssüflənmədiklərini bildirib: "Bu könüllü olan bir məsələdir. Əgər biz bilsək ki, onlara orada daha yaxşı olacaq biz buna ancaq sevinərik. Elə bilməyin artan təkcə onların siyahısıdır. Bizim də sıralarımız genişlənməkdədir. Bizə üz tutanların sayı daha çoxdur. Ən başlıcası isə onların bəziləri cəmiyyətdə tanınmış şəxslər, ziyalılardır. Sözün düzü, bu gün "bəh-bəhlə" buradan gedənləri məcburən sıramıza daxil etməmişdik ki, indi də onlara "getməyin, bizi tərk etməyin" deyək. Gedirlərsə yaxşı yol".
Lalə
AzNwes.az