Siyasi strategiyadan klassiklərə

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin bu dəfəki qonaqları "Xalq Arzusu" hərəkatının təsisçisi Asəf Quliyev, vəkil Elçin Sadıqov və yazıçı Əkrəm Əylislidir.

"Siyasi strategiya əlaqələri"…

"Xalq Arzusu" hərəkatının təsisçisi Asəf Quliyev Abdullah Ozkanın "Siyasi strategiya əlaqələri" kitabını oxuduğunu dedi. O bildirib ki, bu kitabı artıq ikinci dəfədir oxuyur: "Bu kitaba yenidən göz gəzdirirəm. Proseslərə yanaşma, siyasi mədəniyyət, insanlarla ünsiyyət baxımından bu kitab çox dəyərlidir".

"Bir gün və esselər"

Vəkil Elçin Sadıqov isə İvan Soljenitsenin "Bir gün və esselər" kitabından söz açıb. Onun fikirincə, bu kitab məhbus həyatını oxucuya dərindən anladır: "Məncə məhbusun həyatını, düşüncələrini, hisslərini anladan ən yaxşı kitabdır. Həmçinin, hökümətin məhbuslara münasibəti və məhbuslarla bağlı siyasəti gözəl təsvir olunub".

Klassiklər və mən

Yazıçı Əkrəm Əylisinin sözlərinə görə, son aylarda bütün klassiklərin əsərlərini yenidən oxumağa başlayıb: "Elə bir klassik tapmazsan ki, mən onun yaradıcılığını oxumayım. Amma baxıram ki, o kitabları təkrarən oxumağa hər zaman ehtiyac var. Bu səbəbdən gün ərzində gücüm çatandan onlara yenidən göz gəzdirirəm".

Bahar Rüstəmli
AzNews.az