“Bəşir teatrı”nda heç bir yenilik yoxdur. Bütün qüvvəmizi Bəşir Səfəroğlunun qarşıdan gələn yubileyinə həsr etmişik”. “Bəşir teatrı”nda heç bir yenilik yoxdur. Bütün qüvvəmizi Bəşir Səfəroğlunun qarşıdan gələn yubileyinə həsr etmişik”.

“Bəşir Teatrı” fəaliyyətini dayandırdı - SƏBƏB

“Bəşir teatrı”nda heç bir yenilik yoxdur. Bütün qüvvəmizi Bəşir Səfəroğlunun qarşıdan gələn yubileyinə həsr etmişik”.


Bunu AzNews.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib.

Onun sözlərinə görə, məhz buna görə də "Bəşir Teatrı"nın fəaliyyətinə ara verilib.

Aktrisa əlavə edib ki, hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrının reperturında olan tamaşalardakı obrazları ilə tamaşaçıların görüşünə gəlir.

Qeyd edək ki, mərhum sənətkar, Azərbaycanın kino və teatr aktyoru Bəşir Səfəroğlunun gələn il 90 illik yubileyi keçiriləcək.



Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.

Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.


Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycanın əməkdar artisti, 25 iyun 1968-ci ildə xalq artisti fəxri adları verilib.
Bəşir Səfəroğlu Bakıda 23 mart 1969-cu ildə vəfat edib.


Bahar RÜSTƏMLİ
AzNews.az