Hadisə Güzdək qəsəbəsində qeydə alınıb Hadisə Güzdək qəsəbəsində qeydə alınıb

Toydan çıxan şəxsi döyüb, pulunu və bahalı telefonunu almışdılar - 19 il iş verildi

Hadisə Güzdək qəsəbəsində qeydə alınıb

Quldurluqda təqsirləndirilən Miqdar Qarazadə və Kamil Rüstəmzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən M.Qarazadə 9 il və K.Rüstəmzadə isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci ildə Abşeron rayonunda gecə saatlarında yaşlı kişini döyən iki dost daha sonra onun bahalı mobil telefon və pulunu götürüblər.

İntiqam Əsədzadə rayon polis idarəsinə məlumat verib ki, toy məclisindən çıxıb evinə gedərkən taksidə olan iki nəfər onu Aşağı Güzdək qəsəbəsində avtomobildən düşürərək döyüb. Zərərçəkmiş həmçinin hadisə zamanı 700 manatlıq mobil telefonunun və 300 manat pulunun da aparıldığını qeyd edib. Dərhal əməliyyata başlayan polis quldurluqda şübhəli bilinən Bakı sakini K.Rüstəmzadə və Sabirabad sakini M.Qarazadəni saxlayıb. Dindirilərkən adıçəkilən şəxslər gecə vaxtı cinayət törətmək məqsədilə metronun ''20 Yanvar'' stansiyası yaxınlığına gəldiklərini deyiblər. Cinayət törədən dostlar daha sonra paytaxtın Nəsimi rayonuna, metronun ''Əcəmi'' stansiyası yaxınlığına gələrək mobil telefonu orada satıblar. Quldurluq yolu ilə əldə olunan pulu isə bölüblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər paytaxtın müxtəlif rayonlarında həm quldurluq, həm də oğurluq cinayətləri törədiblər.

Azər
AzNews.az