O, vətəndaşların 17 min manatını almaqda təqsirli bilinib O, vətəndaşların 17 min manatını almaqda təqsirli bilinib

Keçmiş polis 4 il 6 ay azadlıqdan məhrum edildi

O, vətəndaşların 17 min manatını almaqda təqsirli bilinib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Sadıqov "Bakı Metropoliteni" QSC-də polis vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədi verib. Lakin sonradan S.Sadıqov verdiyi vədə əməl etməyib.

Ümumilikdə, həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azər
AzNews.az