Qazax sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub. Qazax sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub.

30 yaşlı kişi bıçaqlandı - Yenilənib

Qazax sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub.

Axşam saatlarında Qazax şəhər sakini, 1989-cu il təvəllüdlü Zöhrab İman oğlu Qasımovu bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə, hadisəni törədən şəxs, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovdur. Polisə könüllü təslim olan E.Abbasov ifadəsində bildirib ki, yaşadığı yerin yaxınlığında kiçik bir köşkü var və orada ticarətlə məşğuldur. Z.Qasımov ora gələrək ondan nisyə araq istəyib.

Onunla razılaşmadığı üçün mübahisə yaranıb və Z.Qasımov onu döyməyə başlayıb. Bu zaman E.Abbasov Z.Qasımovu döş qəfəsindən bıçaqlayıb. Yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

***
09:17

Qazaxda 30 yaşlı kişi bıçaqlanıb.

Hadisə şəhərin "Beş mərtəbə" deyilən ərazisində qeydə alınıb.

Qazax şəhər sakini, 30 yaşlı Zöhrab İman oğlu Qasımov sol döş qəfəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya aparılıb və əməliyyat olunub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az