Meyit aidiyyəti üzrə təhvil veriblər. Meyit aidiyyəti üzrə təhvil veriblər.

Bakıda 79 yaşlı kişinin meyiti tapıldı

Meyit aidiyyəti üzrə təhvil veriblər.

Paytaxtın Nizami rayonunda yaşadığı mənzildə 79 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az