Cinayətin qurbanı 18 yaşlı Mehdi Əliyevdir Cinayətin qurbanı 18 yaşlı Mehdi Əliyevdir

18 yaşlı gənci 25 manata görə öldürdülər

Cinayətin qurbanı 18 yaşlı Mehdi Əliyevdir

İyunun 14-də axşam saatlarında Bakının Xətai rayonunda törədilmiş qətlin üstü açılıb.

Bu barədə Xətai rayon Prokurorluğundan məlumat verilib.

Cinayətin qurbanı 18 yaşlı Mehdi Əliyevdir. Qatil ona səkkiz bıçaq zərbəsi endirib. İnsident Məhəmməd Hadi küçəsində, 91 saylı binanın qarşısında baş verib.

İyunun 17-də Cinayət-axtarış şöbəsinin əməliyyatçıları qətli törətməkdə şübhəli bilinən 21 yaşlı Cavid Hüseynovu saxlayıblar.

İlkin məlumata əsasən, gənclər arasında münaqişəyə M.Əliyevin C.Hüseynova 25 manat borclu olması səbəb olub. M.Əliyevin borcu ödəməkdən imtina etməsi C.Hüseynovu özündən çıxarıb və nəticədə qanlı cinayət baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.(oxu.az)

AzNews.az