- Qanundan kənarda
- 9 İyun 2021 13:24
- 4 859
Balakəndə 3 tona yaxın çətənə kolu məhv edilib
Ümumi çəkisi 3 tona yaxın olan 4800 ədəd çətənə kolu yandırılaraq məhv edilib
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub .
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tona yaxın olan 4800 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.