Yardımlı sakinindən 5 kiloqramdan artıq "patı" və tiryək aşkarlanıb

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə 5 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzNews.az-a verilən məlumata görə, Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Zevin kənd sakini Ramil Beybudov saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə tiryək, 2 kiloqram 83 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və 48 ədəd narkotik tərkibli metadon həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, R.Beybudov narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

image description image description