"Bütün dəlilləri, kamera görüntülərini məhkəməyə verdik". "Bütün dəlilləri, kamera görüntülərini məhkəməyə verdik".

Türkiyəli model tanımadığı insanlarla dalaşdı - İş məhkəməlik oldu

"Bütün dəlilləri, kamera görüntülərini məhkəməyə verdik".

Türkiyənin tanınmış modeli Didem Soydan ilə dostu Umut Eker bazar ertəsi günorta saatlarında Bakırköy sahilindəki bir benzindoldurma məntəqəsində hücuma məruz qalıb. VİP avtobusdan enən səs-küylü qrup ilə məşhur ikili arasında dava-dalaş yaranıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, son günlərdə sosial mediada paylaşdığı fotolarla danışılan model Didem Soydan bu dəfə yaşadığı bir dava ilə gündəmə gəlib.

Dostu Umut Ekerlə öncəki gün hava limanına doğru gedərkən Bakırköy sahilində olan bir benzindoldurma məntəqəsinə gedən Didem Soydan burada bir avtobusdan enən kimliyi məlum olmayan adamlarla dava edib.

Hadisə şahidlərinin sözlərinə görə, bir-birlərinə haqsızlıq edərək söyüş söyən iki qrup ətrafdakı insanların araya girməsi ilə ayrılıb.

Davadan sonra Didem Soydan və Umut Ekerin çətinliklə sakitləşdirildiyi bildirilib.

Dava haqqında danışan Didem Soydan hücuma məruz qaldığını bildirib: “O insanlardan şikayətçi oldum. Məhkəmə ilə bitəcək bir hadisədir. Bütün dəlilləri, kamera görüntülərini məhkəməyə verdik, böyük təzminat alacağam, onu gözləyirəm”.

“Dava zamanı siz hansısa bir zərbə aldınızmı?" sualına Didem Soydan belə cavab verib: “Mənə bir şey edə bilərlərmi, mənə zərbə vuracaq adam hələ doğulmayıb”.

Səidə Nurməmmədli

AzNews.az

image description image description image description image description image description image description image description