Türkiyənin məşhur proqramında yanğın - VİDEO

Proqramın sonuncu buraxılışının çəkilişi zamanı qəza baş verib

Altı həftədir ki, Star TV-də yayımlanan “Anneler ve Gelinler” adlı yarışmada gözlənilməz hadisə baş verib.

Proqramın sonuncu buraxılışının çəkilişi zamanı qəza baş verib.

Belə ki, verilişdə gəlin namizədi qaz sobasını yandırmaq istəyib. Bu zaman anidən böyük alov yaranıb və qayınana və aparıcı Ezgi Sertel məkandan uzaqlaşıb.

Layihə əməkdaşları təcili olaraq çəkiliş meydançasına daxil olaraq yanğına müdaxilə ediblər.(qafqazinfo.az)

AzNews.az