Zaxarova Rusiya vətəndaşlarının qeydinə qalırsa, o zaman...

Azərbaycan əsilli Rusiya vətəndaşının ermənilər tərəfindən həbsə atılması məsələsini gündəmə gətirməlidir.

Xəbər verildiyi kimi, Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Rusiya vətəndaşlarına tövsiyə edici açıqlama yayıb. Açıqlamada bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadığından Azərbaycanın Sərhəd Xidməti erməni millətinə düz və yaxud dolayısı yolla aid olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq ölkə ərazisinə buraxmır: "Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarının etnik əlamətinə görə ayrıseçkiliyə məruz qalmalarının yolverilməzıliyi haqqında Rusiya tərəfinin Azərbaycana etdiyi müraciətlər cavabsız qalır. Bu halları nəzərə alaraq Azərbaycana səfər öncəsi mümkün riskləri düşünməyi tövsiyə edirik".

AzNews.az mövzu ilə bağlı politoloqların fikirlərini öyrənib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Rusiya XİN-nin bu cür açıqlamasını təxribat kimi qiymətləndirmək olar:

Image result for Elxan Şahinoğlu

“Dəfələrlə bildirilib ki, erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana gəlişi onlar üçün təhlükəlidir və bu da obyektivdir. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib və burada Ermənistana qarşı bir nifrət var. Bu baxımdan Rusiya XİN-nin bu məsələni dönə-dönə gündəmə gətirməsi xoş olmayan niyyətdən xəbər verir ”

Politoloqun sözlərinə görə, bu ərəfədə Moskva bazarlarında azərbaycanlıların sıxışdırılmasını təsadüfü saymır:

“Görünür, Rusiyadakı ermənipərəst mərkəzlər Ermənistana dəstəyi göstərmək məqsədilə bu cür dırnaqarası mesajlar göndərirlər”.

Politoloq Zaur Məmmədov isə düşünür ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovanın bəyanatı iki ölkə arasında olan münasibətlərə yaxşı heç nə gətirmir:

Image result for Politoloq Zaur Məmmədov

“Azərbaycan dəfələrlə bildirib ki, heç bir dünya ölkəsinin vətəndaşlarının ölkəmizə gəlməsində problem yoxdur. Sadəcə erməni əsilli digər ölkə vətəndaşları münaqişədən xəbərdar olmalarına baxmayaraq provokasiya ilə məşğuldurlar. Zaxarova özü çox yaxşı bilir ki, Rusiyadan Azərbaycana hər gün həm turistlər, həm də işgüzar səfərlə bağlı Rusiya vətəndaşları gəlir və onların heç biri Azərbaycanda bir problemlə qarşılaşmır, əksinə, biz o rus vətəndaşları arasında sorğu keçirsək, onlar Azərbaycandan məmnun olduqlarını bildirərlər. Düşünürəm ki, burada erməni maraqlarını təmsil etməyə və bu məsələni aktuallaşdırmağa ehtiyac yoxdur. Əgər Zaxarova Rusiya vətəndaşlarının qeydinə qalırsa, o zaman Azərbaycan əsilli Rusiya vətəndaşının ermənilər tərəfindən həbsə atılması məsələsini gündəmə gətirməlidir, çünki bu, bir siyasi məsələdir. Lakin buna baxmayaraq nədənsə o, Rusiyanın Azərbaycan əsilli vətəndaşlarının deyil, erməni əsilli vətəndaşlarının məsələsini qaldırır. Hər bir halda mən düşünürəm ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyən qüvvələr üçün çoxdur, lakin önəmli olan liderlər arasında olan münasibətlərdir və bu münasibətlərin də nəticəsi olaraq Azərbaycan-Rusiya münasibətləri son illərdə daha da inkişaf etməyə başlamışdır.”

Politoloq, jurnalist Elçin Mirzəbəyli bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyində hörümçək toru qurmuş tam və yarı ermənilərin növbəti təxribatı adlandırıb.

Image result for Politoloq, jurnalist Elçin Mirzəbəyli

Onun sözlərinə görə, Rusiyadan Azərbaycana turist axının olması, ölkəmizə turizm və işgüzar məqsədlərlə səfər edən Rusiya vətəndaşlarının vətənimizlə bağlı xoş təəssüratlarını dilə gətirmələri Ermənistan xarici işlər nazirliyi ilə sinxron rejimdə çalışan Rusiya XİN-in bəzi dairələrini narahat edir:

"Azərbaycanın Rusiya vətəndaşının pasportu ilə ölkəmizə səfər edən, əslində isə həm də Ermənistan vətəndaşı olan şəxsləri ölkəmizə buraxmamağı tamamilə hüquqi əsasları olan bir mövqedir. Rusiya vətəndaşının pasportunu daşıyan əksər ermənilərin ikili vətəndaşlığı var. Rusiya qanunvericiliyi ikili vətəndaşlığı yasaq etmir, Ermənistan qanunvericiliyi isə təşviq edir. İndi Rusiya xarici işlər nazirliyinin qərəzli, Azərbaycana düşmən kəsilmiş nümayəndələri bunu “etnik əlamətə görə ayrıseçkilik” kimi qiymətləndirirsə, bu, onların öz problemidir. Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrıseçkiliyə nəzər yetirsin. Ermənistanda Rusiyanın hərbi bazalarında çalışan Rusiya vətəndaşları istisna olmaqla 1 nəfər də olsun rus və qeyri millətin nümayəndəsi yaşamır. Bu ölkədə Rusiyaya və rus dilinə olan münasibət də ortalıqdadır.”

Cavidan

AzNews.az