"Arifin Azərbaycandakı analoqu Əli Kərimli isə faylları tamamilə qarışdırıb" "Arifin Azərbaycandakı analoqu Əli Kərimli isə faylları tamamilə qarışdırıb"

İctimai Birlik sədrindən radikallara sual

"Arifin Azərbaycandakı analoqu Əli Kərimli isə faylları tamamilə qarışdırıb"

Arzuman Abdulkkərimov: "Özünüzü öldürürdünüz ki, hakimiyyət Avropa İttifaqı ilə saziş bağlamır, indi niyə əleyhinə çıxırsınız?"

"Öz dövlətinin maraqlarını satan "diplomat"dan bundan başqa heç nə gözləmək olmaz. Söhbət keçmiş səfir Arif Məmmədovdan gedir. Bu zat yalançı şaiyələr buraxır ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən Tərfdaşlıq Sazişində guya Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb. Arifin Azərbaycandakı analoqu Əli Kərimli isə faylları tamamilə qarışdırıb".

Bu fikirləri "Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov səsləndirib. Onun sözlərinə görə, özünü Azərbaycan demokratiyasının monopolisti kimi təqdim edən bu komsomolçu bəy, öncə deyir ki, bu sazişin imzalanacağına inanmır: "Sonra deyir ki, biz şübhələnirik ki, bu saziş imzalanarsa orada Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınacaq. Digər yerdə isə deyir ki, ümumiyyətlə bu sazişin imzalanmasının əleyhinədir. Lap sonda isə deyir: bu sənədlər dövlətlərarası müqavilə olduğu üçün gizli saxlanılır. İndi isə mənim "bəyə" iki sualım var. Əgər bu sənəd qapalı müzakirə olunirsa, səndə bu informasiya hardandır ki, orada ərazi bütövlüyümüzə şübhə ilə yanaşılır? İkincisi: nə oldu, özünüzü öldürürdünüz ki, hakimiyyət Avropa İttifaqı ilə saziş bağlamır, indi niyə əleyhinə çıxırsınız?".(olaylar.az)

AzNews.az