"Eyni uydurmanı qısa zaman sonra erməni mətbuatında görsəniz təəccüblənməyin" "Eyni uydurmanı qısa zaman sonra erməni mətbuatında görsəniz təəccüblənməyin"

Əli Kərimli Türkiyə iqtidarına da HDP sayaq müxalifətçilik etmək istəyir

"Eyni uydurmanı qısa zaman sonra erməni mətbuatında görsəniz təəccüblənməyin"

"Deməli, Türkiyə ilə Azərbaycan arasında getdikcə dərinləşən hərbi-siyasi ittifaq, möhkəmlənən dostluq-qardaşlıq münasibətləri müxtəlif xarici və daxili dairələrdə, Ermənistanda və bu ölkənin lobbi təşkilatlarında, onların təsiri altında olan qurum və təşilatlarda ciddi narahatlıq doğurub. Bunu hamımız sezirik, oxuyuruq, müşahidə edirik".

AzNews.az xəbər verir ki, bu fikrləri Prezident Administrasiyasının sabiq əməkdaşı Bəhruz Həsənov bildirib.

Bəhruz Həsənov daha sonra əlavə edib ki, Türk əsgərinin ölkəmizə nümayişkarənə gəlişi və təntənəli qarşılanması, AXCP sədrini təlaşlandırıb.

"Əlbəttə, Ermənistanın və bu ölkənin havadarlarının qapıldığı təlaşı anlamaq mümkündür. Azərbaycan-Türkiyə qardaşlığının, dostluq və müttəfiqliyinin aktiv hərbi ittifaqa çevrimə ehtimalı bu kimi ölkə və qüvvələri hər zaman ehtiyatlandırıb. Nə xoş ki, artıq bu ittifaq yaranır. Bu öz yerində...
Az öncə Əli Kərimli və əqidədaşlarının Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması haqqında həvəslə tirajladıqları "tezis" qarşıma çıxdı. Sən demə, Azərbaycan və Türkiyə ittifaqının səbəbi hər iki ölkədə "siyasi məhbus"ların olması, hətta çox olması imiş. Eyni uydurmanı qısa zaman sonra erməni mətbuatında görsəniz təəccüblənməyin. Tam da onların menusunə uyğundur. Aydın olur ki, Türk əsgərinin ölkəmizə nümayişkarənə gəlişi və təntənəli qarşılanması, gələcəyə dair birgə fəaliyyət planları yuxarıda sadaladığım qüvvələrlə bərabər AXCP sədrini də təlaşlandırıb. Hətta qəzəb o həddə çatıb ki, Azərbaycan hakimiyyəti ilə bərabər Türkiyə hakimiyyətinə qarşı da HDP sayaq müxalif olmaq eşqinə düşüblər. Təbii, bu qeyri-milli mövqeni müxalif mövqe adlandırmaq olarsa..."