Səfər üç gün davam edəcək Səfər üç gün davam edəcək

Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək

Səfər üç gün davam edəcək

Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 9-da Rusiyaya rəsmi səfər edəcək.

Aznews.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Alen Simonyanı Moskvaya dəvət edib.

Üç gün davam edəcək səfər çərçivəsində V.Volodin A.Simonyana iki ölkənin parlamentləri arasında əməkdaşlığı müzakirə etməyi təklif edib.