"Muharrem İncə FETÖ tərəfindən təhdid olunur" "Muharrem İncə FETÖ tərəfindən təhdid olunur"

Muharrem İncə basqılara niyə dözmədi?- Partiya sədrinin açıqlaması

"Muharrem İncə FETÖ tərəfindən təhdid olunur"

Muharrem İncenin Türkiyə Prezident seçkilərindəki namizədliyini geri götürməsi barədə Cümhuriyyət Xalq Partiyası sədri Bədrəddin Quliyev AzNews.az-a açıqlama verib.

Partiya sədrinin sözlərinə görə, Muharrem İncə Kemal Kılıçdaroğluyla görüşündən sonra söylənmişdi ki, seçki kampaniyası dövründə Kılıçdaroğlu Muharrem İncə haqqında, Muharrem İncə də Kılıçdaroğlu haqqında heç bir şey danışmayacaq. Seçki marafonunun sona yaxınlaşdığı dövrdə isə xüsusi bir kaset məsələsi ortalığa çıxdı:

"Muharrem İncə FETÖ tərəfindən təhdid olunur. Eynilə Dəniz Baykal hadisəsində olduğu kimi həmin hadisəni Muharrem İncənin üzərində həyata keçirirlər. Şayiələr yayılır ki, Muharrem İncə Ərdoğan hakimiyyətinin ortalığa atdığı namizəddir, hökumətdən pul alıb və geri çəkilib. Ancaq özünün verdiyi bəyanatda bildirdi ki, onun 40 ildir ki, ümumi əlaqələri CHP ilə bağlıdır. Gələcək seçki ilə də bağlı cümhuriyyətin, millət ittifaqının deyil, məmləkətin və xalqın yanındadır".

O bildirib ki, siyasətlə məşğul olan hər kəs bilir ki, hər cür kompromatlara hazır olmalıdır:

"Reallıq ondan ibarətdir ki, seçki kampaniyasında Muharrem İncənin müəyyən səsi var idi. İndi isə özünün Ərdoğana qarşı lazımi qədər güclü olmadığını gördü və bütün proseslərdə müxalifətlə həmrəy olduğunu ortalığa qoydu. İndi isə hər şey Türkiyə seçicisinin iradəsinə qalıb. Seçkilərə artıq 2 gün qalıb, proseslər çox ciddi dövrə qədəm qoyub.

B.Quliyev sonda qeyd edib ki, bu proses bütün türk dünyasının diqqət mərkəzindədir:

"Seçkilərdə bir digər namizəd Sinan Oğandır. O əslən Qarsdandır, Azərbaycan kökənlidir. Sinan Oğan proseslərə təsir edə bilər. Muharrem İncənin geri çəkilməsi proseslərə təsir edəcək. Seçki dövründə iki güclü namizəd ortada qalır. Onlardan biri Rəcəb Tayyip Ərdoğan digəri isə CHP rəhbəri Kemal Kılıçdaroğludur. Hər ikisinə seçimlərdə uğurlar diləyirik. Seçkilərin nəticəsi türk dünyası üçün xeyirli olsun. Türk dünyasının birliyi daha da güclü olsun. Seçkilərin nəticəsini ümidlə gözləyirik".

Rəşid Qarayev