"Düşünürəm ki, bu əməliyyatlar uğurla nəticələnəcək" "Düşünürəm ki, bu əməliyyatlar uğurla nəticələnəcək"
  • Hadisə
  • 10 Oktyabr 2019 15:33
  •  6 280

"Azadinform": Türkiyənin başladığı əməliyyatlara səbəb nədir? – Politoloq şərhi

"Düşünürəm ki, bu əməliyyatlar uğurla nəticələnəcək"

“Türkiyə həmişə öz ərazi bütövlüyünü qoruyan və müəyyən təhlükələrə dərhal reaksiya verən bir ölkədir. Suriyanın şimalında terror dəstələri artıq Türkiyənin ərazisinə böyük bir təhlükə yaradıb. Bunu dövlət başçısı dəfələrlə bəyan edirdi və digər ölkələrə də xəbərdarlıqla bildirirdi ki, biz öz təhlükəsizliyimizi qorumaq məqsədilə müəyyən əməliyyatlara başlayacağıq. Bu əməliyyatlar birmənalı şəkildə kürd dəstələrinə qarşı yönələn bir əməliyyatdır”.

Bu fikirləri Azadinform-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Türkiyənin Suriya ərazisində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı haqqında danışarkən deyib.

Politoloq əlavə edib ki, Türkiyə öz sərhədlərini qorumaq məqsədilə başladığı bu antiterror əməliyyatlarında artıq bir sıra uğurlara nail olub:

“Suriyada vəziyyət belə bir gərginlik nöqtəsinə çatıb ki, orda o dəstələrdən sığortalanmaq, müdafiə olunmaq lazımdır. Türkiyə immiqrantları öz sərhədlərində saxlayır, Avropa onlara heç bir yardım etmir. Hətta üstəlik kürd dəstələri də Suriya ərazisindən YPG və digərləri də təhlükə yaradır.

Düşünürəm ki, bu əməliyyatlar uğurla nəticələnəcək, artıq ilk uğurlar var və elan olunub. Bəzi qüvvələr qəbul etməsə də Türkiyə Dünya Birliyi çərçivəsində nüfuzunu daha yüksəklərə qaldıran bir dövlətdir və bu mənada sözügedən istiqamətdə bundan sonra da lazımlı addımlar atacaq”.

Ləman Hüseynzadə

AZADİNFORM