• Hadisə
  • 18 Aprel 2023 12:10
  •  99 110

Ficidə 6,6 bal gücündə zəlzələ baş verib

Sakit okeanın cənubunda Fici adalarının cənubunda 6,6 bal gücündə zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Suva şəhərindən 471 kilometr cənubda olduğunu açıqlayıb.

İlk təsbitlərə görə, yerin 562 kilometr dərinliyində baş verən 6,6 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.

Zəlzələdən sonra “sunami” xəbərdarlığının olmadığı bildirilib.

Mövsüm