Əsgər hərbi hissədən qaçdı - Ermənistanda

Ermənistanda əsgər hərbi hissədən qaçıb.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hazırda Ermənistan Hərbi Polisi həmin əsgəri axtarır.

Ermənistan müdafiə nazirinin mətbuat katibi Arsrun Ovannisyan bildirib ki, 19 yaşlı Əziz Bakoyan fevralın 6-da Dilijanda yerləşən hərbi hissəni özbaşına tərk edib.

Əsgərin qohumları bədbəxt hadisənin baş verdiyini istisna etmirlər.