İstanbulda iqtidaryönlü 2 qəzetin ofisinə hücum edilib. İstanbulda iqtidaryönlü 2 qəzetin ofisinə hücum edilib.

Türkiyədə 2 qəzetin ofisinə hücum: “Molotov kokteyli” atdılar (Video)

İstanbulda iqtidaryönlü 2 qəzetin ofisinə hücum edilib.


AzNews.az xarici mediaya istinadən xəbər verir, maska geyinmiş naməlum şəxslər "Yeni Şəfəq" və "Akit" qəzetlərinin ofislərinə hücum ediblər. 3-4 nəfərdən ibarət dəstə bina önünə gələrək ilk olaraq "molotov kokteyli"ndən istifadə ediblər. Bundan sonra onlar binanın şüşələrinə atəş açmağa başlayıblar.

Hücum zamanı ölən və yaralanan olmayıb. Hadisə yerinə çox sayda polis və yanğınsöndürən cəlb olunub. Güc strukturları faktla bağlı əməliyyata başlayıblar.

Xatırladaq ki, bir müddət öncə Türkiyə bu ölkədə işləyən rus jurnalistlər üçün viza rejimi tətbiq edib.












Aydan AXUNDOVA