Türkiyənin ən məşhur xəbər agentliklərindən daha birinin əməkdaşları Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə olub. Türkiyənin ən məşhur xəbər agentliklərindən daha birinin əməkdaşları Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə olub.

Ermənilərin qovulduğu “Lələ Təpə”dən - Son görüntülər

Türkiyənin ən məşhur xəbər agentliklərindən daha birinin əməkdaşları Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə olub.


Doğan xəbər agentliyinin müxbiri 24 il sonra azad edilən "Lələ Təpə" yüksəkliyinə gedib.

Agentliyin əməkdaşı Ali Kan Azərbaycan bayrağı sancılan torpaqlarda vətənin keşiyini çəkən əsgərlərlə görüşüb, aprelin əvəllərində baş verən dördgünlük müharibə barədə danışıb.

O, ən şiddətli döyüşlərin məhz bu ərazidə getdiyini, hazırda ərazidə Azərbaycan Silahlı Qüvvələrinin istehkam möhkəmləndirmə işləri icra etdiyini deyib.

Aprel döyüşlərindən sonra ermənilər daim Azərbaycan kəndlərini atəş altında saxladığı yüksəkliklərdən geri çəkilməli olublar. Həmin gün bizim qüvvələr düşmənin təxribatının qarşısını aldı.


DHA müxbiri Lələ Təpədə

Bir neçə gün öncə Türkiyənin NTV kanalı Azərbaycanın işğaldan azad etdiyi yüksəkliklərdə olub. NTV-nin xüsusi müxbiri Ahmet Yeşiltepe bir neçə gün öncə Azərbaycanın işğaldan azad etdiyi bölgəyə gedib. O, cəbhə xəttindən reportaj hazırlayıb.

Anspress.com