Həkim xəstəyə dərman verərək təcavüz etdi


Türkiyənin Tekirdağ bölgəsində bir həkim öz pasiyentinə təcavüz edib. 2 uşaq anası olan qadına dərman verərək daha sonra təcavüz etdiyi bildirilən həkim saxlanılıb.

Həyat yoldaşı polis olan qadının psixoloji problemlərinin olduğu bildirilir. Özü də evli olan həkimin müayinə olunmaq üçün gələn qadına dərman verərək təcavüz etməsi xəbəri bir anda mətbuatda geniş əks-səda doğurub.

Saxlanıldıqdan bir müddət sonra dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılan həkim T.A. ilə bütün dəlillər kriminal laboratoriyaya göndərilib.

Elnur
AzNews.az