Gürcüstan növbəti prezident seçkilərinə hazırlaşır

Oktyabrın 27-də Gürcüstanda növbəti prezident seçkiləri keçiriləcək. Bu münasibətlə 37 ölkədə seçki məntəqələri fəaliyyət göstərəcək.

Bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini David Zalkaliani bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyada yaşayan gürcülər isə yeni dövlət başçısının seçilməsində iştirak edə bilməyəcəklər: "Gürcüstanla Rusiya arasında diplomatik münasibət pozulduğu üçün prezident seçkilərinin gedişatında bu ölkədə seçki məntəqələri açılmayacaq".(anspress)


AzNews.az