Erməni hərbçilər minaya düşdü

Dörd erməni hərbçisi hərbi tapşırığı yerinə yetirərkən hərbi hissənin nəzarətində olan sahədə minaya düşüb.Bu barədə "Armenia Today" Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

İnsident 16 oktyabr tarixində saat 20:30 radələrində baş verib. Nəticədə mühəndis-istehkamçı bölüyünün komandiri, kapitan Qevork Qaqikoviç Mnatsakanyan (1988-ci il təvəllüdlü, 2005-ci ildən xidmət edib) ölümcül xəsarət alıb. Baş leytenant Qaruş Verikoviç Ambartsumyan (vəziyyəti orta ağır), sıravi, həqiqi hərbi qulluqçu Narek Araratoviç Akopyan (vəziyyəti kafi), sıravi, müqavilə üzrə xidmət gpstərən hərbi qulluqçu Edqar Vardanoviç Arutunyan müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.(trend)

AzNews.az