Rusiya desantçıları yenə əsir düşdü

Ukrayna hərbçiləri yenə də Rusiya desantçılarını əsir alıblar. Rusiyalı hərbçilər bu dəfə antiterror əməliyyatı qruplarından birinin mühasirəsindən çıxarkən tutulublar. Misavat.com-un Ukrayna qaynağına istinadən verdiyi məlumata görə, hadisə İlovaysk şəhəri yaxınlığında baş verib.

Bu barədə Kiyevdəki brifinqdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin spikeri Andrey Lısenko açıqlama yayıb.

Xatırladaq ki, az öncə ələ keçən 9 Rusiya desantçısı Rusiyada əsir olan 63 üç ukraynalı hərbçiyə dəyişdirilmişdi.

AzNews.az