Ukrayna prezidenti Petro Poroşenko dekabrın 2-də nazir vəzifəsinə təqdim etdiyi 3 xarici ölkə vətəndaşına Ukrayna vətəndaşlığı verib. Ukrayna prezidenti Petro Poroşenko dekabrın 2-də nazir vəzifəsinə təqdim etdiyi 3 xarici ölkə vətəndaşına Ukrayna vətəndaşlığı verib.

Poroşenko 3 xarici vətəndaşı nazir təyin etdi

Ukrayna prezidenti Petro Poroşenko dekabrın 2-də nazir vəzifəsinə təqdim etdiyi 3 xarici ölkə vətəndaşına Ukrayna vətəndaşlığı verib.




AzNews.az xəbər verir ki, nazir vəzifəsinə təqdim olunan xaricilərdən biri Natalie Jareskodur. ABŞ vətəndaşı olan Jaresko 20 ildir ki, Ukraynada işləyir. O, özəl səhmdar qrup "Horizon Capital"ın rəhbəridir.

Digər xaricilər – litvalı Aivaras Abromaviçius və gürcüstanlı Aleksandr Kvitaşvilidir.
Abromaviçius investisiya şirkəti "East Capital"ın tərəfdaşıdır, Kvitaşvili isə Gürcüstanda səhiyyə naziri olub.

Jaresko maliyyə naziri, Abromaviçius iqtisadiyyat naziri, Kvitaşvili səhiyyə naziri vəzifəsinə təqdim olunub.

Poroşenko bildirib ki, Ukrayna qarşısında qeyri-adi sınaqlar var: "Çətin iqtisadi vəziyyəti və Rusiyanın təcavüzünü hamı bilir. Bütün bunlar Ukraynada radikal islahatlar, korrupsiya ilə mübarizə tələb edir. Bunlar da öz növbəsində yaradıcı qərarlar istəyir".

AzNews.az