- Qərb
- 21:28
- 18 590
Savaş atəşi açıldı: ABŞ İran PUA-nı vurdu!
Ümman (Ərəb) dənizində ABŞ-ın təyyarədaşıyan gəmisinə yaxınlaşan İran PUA-sının (İHA) ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən vurulduğu açıqlanıb.
AzNews.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü FOX News-ə verdiyi açıqlamada bildirib ki, ABŞ ordusu “ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcıya qeyri-müəyyən niyyətlə aqressiv şəkildə yaxınlaşdıqdan sonra” İranın bir pilotsuz uçuş aparatını vurub.
Sözçünün dediyinə görə, USS Abraham Lincoln (CVN-72) İranın cənub sahillərindən təxminən 500 mil uzaqlıqda Ərəb dənizi boyunca hərəkət edərkən, İran istehsalı olan Shahed-139 pilotsuz uçuş aparatı heç bir zərurət olmadan gəmiyə doğru manevr edib.
AzNews.az