- Rusiya və İran
- 16:32
- 1 699
Xamenei əmr verdi: Ölkədən uran çıxarmayın
İranın ali dini lideri Müctəba Xamenei zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmaması barədə göstəriş verib.
İranda iki yüksəkvəzifəli mənbənin bildirdiyinə görə, Tehran hesab edir ki, uranın ölkədən çıxarılması İranı gələcəkdə ABŞ və İsrail tərəfindən mümkün hücumlar qarşısında daha müdafiəsiz vəziyyətə sala bilər.
Bununla yanaşı, Reutersə danışan israilli rəsmilər iddia ediblər ki, ABŞ prezidenti Donald Tramp İsrailə İranın nüvə silahı istehsalı üçün istifadə oluna biləcək yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılacağına dair təminat verib. Onların sözlərinə görə, mümkün sülh sazişində bununla bağlı ayrıca maddə də yer almalıdır.
Vaşinqton administrasiyası dəfələrlə bəyan edib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək. Tehran isə nüvə proqramının hərbi deyil, enerji məqsədləri daşıdığını bildirir.
Mövsüm,
AzNews.az