Trampın bu planı kağız üzərində qalır, çünki... - Nebenzya

ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanan Qəzza zolağındakı vəziyyətin həlli üçün sülh planı əsasən kağız üzərində qalır.

AzNews.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Nebenzya qeyd edib ki, İsrailin Fələstin anklavında saxlanılan girovların azad edilməsi və ölənlərin cəsədlərinin qaytarılması tələbləri tam yerinə yetirilib, lakin bir sıra digər müddəalar hələ də yerinə yetirilməyib.

"Planın atəşkəs, anklava tammiqyaslı humanitar yardımın göndərilməsi, zolağın nəzarətinin Fələstin texnokratik komitəsinə verilməsi, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və xüsusi iqtisadi zona yaratmaq vədləri yerinə yetirilməyib".