- Qərb
- 12:29
- 1 458
Stoltenberq: “ABŞ-sız NATO yaşaya bilməz”
Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq İsveçin SVT telekanalına müsahibəsində bildirib ki, ABŞ olmadan NATO mövcudluğunu qoruya bilməz, Avropa İttifaqı isə alyansın rolunu əvəz edə bilməz.
“Xeyr, biz son 80 ilə yaxın tanıdığımız NATO-dan danışırıqsa, bu mümkün deyil. Çünki söhbət Avropa ilə ABŞ-ın birlikdə dayanaraq bütün təhdidlərə qarşı çıxmasından gedir. Məhz buna görə də Avropa ilə ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək vacibdir”, — deyə o vurğulayıb.
Stoltenberqin sözlərinə görə, o, Avropa İttifaqı-na hörmətlə yanaşır, lakin qurumun təhlükəsizlik və müdafiə zəmanətləri məsələsində NATO-nu əvəz edə biləcəyinə inanmır.
Mövsüm,
AzNews.az