"İranın hərbi gücü gözləniləndən tez bərpa olunur" - CNN

İran atəşkəs dövründə pilotsuz uçuş aparatlarının (PUA) istehsalını qismən bərpa edib.

7Bu barədə CNN ABŞ kəşfiyyat məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, ABŞ-İsrail hücumları nəticəsində zərər görmüş hərbi imkanlarını İran gözləniləndən daha sürətli şəkildə yenidən qurur. ABŞ kəşfiyyatına yaxın dörd mənbə İran ordusunun bərpa prosesinin ilkin proqnozlardan daha sürətli getdiyini bildirib.

ABŞ rəsmilərindən birinin sözlərinə görə, bəzi qiymətləndirmələr İranın dron hücum potensialını cəmi altı ay ərzində tam bərpa edə biləcəyini göstərir.

“İranlılar kəşfiyyat cəmiyyətinin müəyyən etdiyi bütün zaman çərçivələrini üstələyiblər”, — deyə həmin rəsmi bildirib.

Bu arada, Şon Parnell CNN-ə açıqlamasında ABŞ ordusunun dünyanın ən güclü ordusu olduğunu vurğulayıb.

“ABŞ ordusu prezidentin müəyyən etdiyi vaxtda və məkanda əməliyyat keçirmək üçün lazım olan bütün imkanlara malikdir”, — deyə Parnell qeyd edib.

O əlavə edib ki, ABŞ müxtəlif hərbi komandanlıqlar çərçivəsində uğurlu əməliyyatlar həyata keçirib və ölkənin maraqlarını qorumaq üçün geniş hərbi arsenalını saxlayır.

Mövsüm,

AzNews.az