Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, Kamal Kılıçdaroğlu CHP sədri postuna bərpa edilib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

Aznews.az xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, sabiq sədr Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsi fövqəladə iclas keçirir.