- Paytaxt
- 19:31
- 1 670
Tramp Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini bir daha vurğuladı - Hikmət Hacıyev
Böyük hərflərlə yazılmış sülh sözünün fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxırlar. Sadə bir təsadüf kimi görünə bilən şey dərin bir simvolik məna daşıyır.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
Hikmət Hacıyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təsisçi üzv kimi “Sülh Şurası”nın ilk iclasında iştirak edir: “Prezident Donald Tramp “Sülh Şurası”nın qurucu sədri kimi Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ilə bağlı gündəliyin əhəmiyyətini bir daha vurğulayıb”.
Aznews.az