- Köhnə - Region
- 13 Avqust 2015 00:09
- 4 249
Türkiyə kəşfiyyatının gizli hesabatı yayımlandı

CNN Türk Türkiyə kəşfiyyatının PKK ilə bağlı hesabatını yayımlayıb.
AzNews.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə hökumətinin PKK-ya qarşı apardığı əməliyyatların nə dərəcədə təsir etməsi belə hesabatda yer alıb. Qeyd edilir ki, PKK düşərgələri böyük ölçüdə məhv edilib. Bombardmana məruz qalmış Kandil, Hakurk, Zap, Qara, Mətnə, Haftanin və Avaşin-Basyan düşərgələrinin 80 faizinə böyük zərbə dəyib. Əməliyyatlar zamanı 300-ə yaxın terrorçu öldürülüb, 500 nəfər yaralanıb. 800 terrorçunun isə savaşdan kənarda qaldığı bildirilib.
Hesabatda ən diqqət çəkən məqamlardan biri kimi təşkilat liderlərinin yerdəyişə etmələri göstərilir. Belə ki, Murad Karayılanın İrana, Cəmil Bayıkın isə Suriyaya keçdiyi hesabatda yer alıb.
Həmçinin qeyd edilir ki, terror təşkilatının çoxlu sayda silahlı üzvü şəhər mərkəzlərində və mülki yaşayış yerlərində məskunlaşıblar. Terrorçuların yerləşdiyi evlərin zirzəmilərində tunellər qazıldığı, bəzi evlərin bu tunellər vasitəsilə bir-birinə yolu olduğu vurğulanıb.