Üç uşaq oğurlandı

Bu gün Moskvanın şərqində naməlum şəxslər üç azyaşlı uşağı avtomobilə əyləşdirərək qeyri-müəyyən istiqamətdə aparıb.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, hadisə Novosibirsk küçəsindəki 11 saylı evin qarşısında baş verib. İlkin məlumatlara görə, oğurlananlar iki oğlan və bir qızdır. Onları "VAZ-21099" markalı avtomobildə aparıblar.

AzNews.az