- Qayıdış
- 9 May 2022 22:33
- 5 518
Alban-udi icması Kəlbəcərə səfər edib - FOTO/VİDEO

İcma üzvləri Xudavəng monastrında dini ayinlər icra ediblər
Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə baş tutub.
Səfərdə Alban-udi dini icmasının üzvləri və KİV nümayəndələri iştirak edib. Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, bu onların Xudavəng monastrına 6-cı səfəridir.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi olan və Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olan Xudavəng monastırına gələn Dini icma üzvləri məbəddə dini ayin icra edərək dualar oxuyublar, şəhidlərin ruhuna şamlar yandırıblar.
***
Alban-Udin Xristian dini icması Pasxa bayramının qeyd etmək məqsədilə növbəti dəfə Kəlbəcərə, Xudavəng monastrına səfər edib.
REAL-ın Xudavəngdə olan əməkdaşı xəbər verir ki, Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, bu onların Xudavəng monastrına 6-ci səfəridir.
Dini Qurumlarla iş üzrə Dövlət komitəsi təşkilatçılığı ilə keçirilən tədbirdə Alban-Udi xristian dini icması və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvləri qədim Alban məbədində dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.