- Qayıdış
- 26 Fevral 19:44
- 7 828
Prezident İlham Əliyev: Gələn il Ağdama ilk köç başlanacaq
![](https://www.aznews.az/storage/2024/02/26/65dc90f63bdfe65dc90f63bdff170895384665dc90f63bdfc65dc90f63bdfd.jpg)
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.
Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlət başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alır”.