Vladimir Putin: Rəcəb Tayyib Ərdoğan kimi tərəfdaşla işləmək xoş və etibarlıdır

Bu barədə “Valday” Diskussiya Klubunun iclasında Rusiya Prezidenti Vladimir Putin bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır.

AzNews.az xəbər verir ki, bu barədə “Valday” Diskussiya Klubunun iclasında Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır. O, ölkənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyac olduğuna qərar verib, bunu deyib və S-400 hava müdafiə sistemini alıb. Belə tərəfdaşla işləmək xoş və etibarlıdır”, - deyə Vladimir Putin vurğulayıb.

O deyib: “Ərdoğan bunu həyata keçirəcəyimizi söylədi və biz bunu etdik. O, Türkiyənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi, “bu gün dünyanın ən yaxşı sistemi isə Rusiya istehsalı olan S-400 “Triumf”dur”, dedi və aldı. Belə bir tərəfdaşla işləmək, sadəcə, xoş deyil, həm də etibarlıdır”.