Bir nəfər ölüb Bir nəfər ölüb

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub

Bir nəfər ölüb

Ermənistanda Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonunda partlayış olub.

Aznews.az xəbər verir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda baş vermiş partlayış nəticəsində bir nəfər çoban ölüb.

Məlumata görə partlayış saat 15:30 radələrində baş verib.

Hərbi bazanın komandanlığı bildirir ki, həmin vaxt poliqonda heç bir təlim olmayıb.