- Rusiya və İran
- 27 Sentyabr 2023 12:57
- 3 196
Rusiya daha 23 britaniyalını sanksiyalar siyahısına əlavə edəcək

Rusiya Böyük Britaniyaya qarşı cavab sanksiyalarını genişləndirərək, sanksiya siyahısına 23 Britaniya vətəndaşını əlavə edib.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Londonun şəxsi sanksiyalar mexanizminin fəal şəkildə tətbiq olunduğu və Kiyevdəki neonasist rejiminə hərtərəfli dəstəyin göstərildiyi anti-Rusiya kursunu həyata keçirməsi ilə əlaqədar olaraq, Rusiyanın stop-listinin genişləndirilməsi barədə qərar qəbul edilib. Böyük Britaniyanın hərbi-siyasi quruluşunun, jurnalist korpusunun və elmi ictimaiyyətinin nümayəndələrini (cəmi 23 nəfər) əlavə etməklə sanksiya tətbiq ediləcək”, - XİN-dən bildiriblər.
Bundan əlavə, Rusiya Birləşmiş Krallığın Kral Birləşmiş Xidmətlər İnstitutu (J. Bronk, S. Kaushal, N. Reynolds) kimi Rusiyaya qarşı informasiya müharibəsi aparmaq üçün nəzərdə tutulan məlumatların toplanması və təhlili ilə məşğul olan Böyük Britaniyanın siyasi konsaltinq və tədqiqat təşkilatlarının əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Londonun Rusiyaya qarşı sanksiyaları gücləndirmək cəhdləri “qaçılmaz olaraq qəti cavab alacaq”. “Londonun düşmənçilik hərəkətlərinə cavab olaraq Rusiyanın stop-listinin genişləndirilməsi üzrə işlər davam etdiriləcək”, - Rusiya XİN əlavə edib.
Mövsüm