ABŞ və Aİ Ermənistanı KTMT-dən çıxmağa məcbur edir -Mariya Zaxarova

Vaşinqton və Brüssel Ermənistan rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı qərar qəbul etməsi üçün İrəvana təzyiq göstərir.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Daxil olan məlumatlara görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa, NATO ilə güclə əməkdaşlığa, hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişdirməyə və Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini nəzərə almadan Azərbaycanla sülh müqaviləsi bağlamağa yönəldir”, - diplomat bildirib.

Onun sözlərinə görə, Moskva amerikalıların İrəvana qarşı dağıdıcı fanatizmini görür.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin baş müavini Yuri Kim Ermənistanda idi. O, son dinləmələr zamanı sadəcə etiraf etdi ki, onlar ölkələri Rusiya ilə müttəfiqlikdən, əməkdaşlıqdan uzaqlaşdırmaqla məşğuldurlar".

Mövsüm