Kremlin sözçüsü Hillari Klintonun NATO-nun genişlənməsi ilə bağlı dediklərinə cavab verib

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-nin keçmiş dövlət katibi Hillari Klintonun Rusiya prezidenti Vladimir Putinin NATO-nun genişlənməsində rolu ilə bağlı dediklərinə cavab verib.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Xanım Klinton ölkəmizdə hər şeyi və ideyaları təhrif etməyə çalışması ilə tanınır”,-deyə Peskov qeyd edib.

“Prezident Putinin hərəkətlərinin ardıcıllığına gəlincə, xanım Klintona NATO-nun genişlənməsi və alyansın hərbi infrastrukturunun bizim sərhədlərimizə yaxınlaşması ilə bağlı çoxsaylı dalğaları xatırlatmaq lazımdır, ilk öncə Vladimir Putinin Qərb ölkələrinə bu vəziyyəti müzakirə etmək və müəyyən sənəd imzalamaq üçün təkidli təklifini, daha sonra Rusiya tərəfinin hazırladığı təhlükəsizlik zəmanətləri haqqında layihəsini və Qərb ölkələrinin nəyisə müzakirə etməkdən qətiyyətlə imtina etməsini. Bundan sonra isə xüsusi hərbi əməliyyatın arxasında duran səbəblər tam aydın olur”, - Peskov bildirib.

Mövsüm