- Rusiya və İran
- 2 Oktyabr 2023 16:56
- 5 404
Rusiya nömrəli avtomobillərin Aİ-yə girişi qadağan edilib -Dmitri Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Avropa İttifaqı ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərə girişi qadağan etmək qərarı absurd olduğunu bildirib.
"Bizim üçün məntiqli şəkildə cavab verməlidirlər. Şübhəsiz ki, bu cür tamamilə absurd qərarlar yalnız ölkələr arasındakı onsuz da acınacaqlı olan münasibətlərə daha da mənfi təsir göstərməyə xidmət edir”, - Kreml sözçüsü bildirib.
Bundan əvvəl Latviya, Litva, Polşa, Finlandiya və Estoniya Rusiyada qeydiyyatda olan minik avtomobillərinə girişi qadağan edib. Eyni qadağa Norveçdə oktyabrın 3-də qüvvəyə minəcək.
KİV-in məlumatına görə, Bolqarıstan da Rusiyada qeydiyyatdan keçmiş avtomobillərə giriş qadağası tətbiq edəcək.
Mövsüm
Aznews.az