Rusiya Fransa hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı xəbərləri araşdırır - Kremlin

Rusiya Müdafiə Nazirliyi hazırda Fransanın Ukraynaya qoşun yeritməsi ilə bağlı xəbərləri araşdırır.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

"Biz burada bu məlumatın doğru olub-olmadığını başa düşməliyik. Hazırda bu məlumatı araşdırırıq", - Peskov Fransanın Ukraynaya döyüş qüvvələrini yerləşdirməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.

Bundan əvvəl KİV-lər ABŞ müdafiə nazirinin keçmiş müavini Stiven Brayenin bəyanatına istinadən Fransanın Slavyanskdakı Ukrayna qüvvələrinə dəstək üçün 1500 əsgər göndərdiyini bildirib.

Mövsüm

Aznews.az